“Ayla” bədii filmində təsvir olunan hadisələrin real qəhrəmanı, Cənubi Koreya vətəndaşı Kim Eunca 80 yaşında vəfat edib.
Məlumata görə, Kim Eunca Seul şəhərində ailəsinin əhatəsində dünyasını dəyişib. O, Koreya müharibəsi dövründə Türkiyə Silahlı Qüvvələrinin əsgəri Süleyman Dilbirliyi tərəfindən tapılmış və himayəyə götürülmüşdür. Uşaqlıq illərində “Ayla” adı ilə tanınan Kim Eunja ilə türk əsgəri arasında formalaşan münasibət illər sonra “Ayla” filmi ilə ekranlaşdırılaraq geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdı.
Qeyd edək ki, “Ayla” filmi 2017-ci ildə nümayiş olunmuş, beynəlxalq festival və təqdimatlarda iştirak etmiş və bir sıra mükafatlara layiq görülmüşdür. Filmdə Kim Euncanın uşaqlıq dövrü və Süleyman Dilbirliyi ilə yaşadığı xatirələr emosional şəkildə əks olunmuşdur.