Fiftysix Magazine

Menyu
Edit Template

Azad Şabanov “Bir Əsər” musiqili tamaşa ilə səhnəyə qayıdır

Tanınmış müğənni Azad Şabanov 23 may tarixində Heydər Əliyev Sarayında keçiriləcək “Bir Əsər” adlı solo konserti ilə pərəstişkarlarının qarşısına çıxmağa hazırlaşır. Müğənni bu layihənin adi bir konsert olmadığını xüsusi olaraq vurğulayıb və bildirib ki, “Bir Əsər” musiqili tamaşa formatında təqdim olunacaq.

Azad Şabanov bu konsertlə bağlı öz sosial media hesabında belə deyib:

“Hər mahnım ruhumun bir parçasıdır, hər layihəm isə bir hekayəmdir! Siz sadəcə konsertə yox, əsl sənət ab-havasına qərq olacaqsınız. “Bir Əsər”də görüşənədək!”

Sənətçi səhnədə musiqi, söz və vizual təqdimatların bir araya gələrək tamaşaçılara yaddaqalan və fərqli bir sənət təcrübəsi yaşadacağını vəd edir.

Scroll to Top