Azərbaycan bir neçə illik fasilədən sonra “Uşaq Avroviziyası” mahnı müsabiqəsinə qayıdır. Sayca 23-cü müsabiqə 13 dekabr 2025-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.
Müsabiqədə 9-14 yaş arası uşaqlar iştirak edəcək. İctimai Televiziya (İTV) artıq ölkəni təmsil edəcək istedadlı ifaçının axtarışına başlayıb. Seçim mərhələsində iştirakçıların səhnə performansı, vokal bacarıqları və cazibədarlığı 6 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yüksək nəticə göstərən ifaçı Azərbaycanı Tbilisidə keçiriləcək müsabiqədə təmsil edəcək.
Azərbaycan 2012-ci ildən etibarən “Uşaq Avroviziyası”nda iştirak edir və 2021-ci ildə Sona Azizoğlu ölkəmizə ən yaxşı nəticəni – 5-ci yeri qazandırmışdı.