Dünyaca məşhur model Bella Hadid 2025-ci il Kann Film Festivalının ilk günündə qırmızı xalçaya çıxıb. Hər il fərqli geyim seçimləri ilə medianın gündəminə düşən model bu dəfə də diqqətdən kənarda qalmayıb.
Hadid qırmızı xalçada sarı uzun saçları və açıq dekolteli geyimi ilə görünüb. Onun kürəyi açıq olan libası festivalın bu ildən tətbiq etdiyi “çılpaqlıq qadağası”na zidd hesab olunub və sosial mediada geniş müzakirə yaradıb.
Modelin geyimi bəzi izləyicilər tərəfindən sərbəst seçim kimi qəbul edilsə də, yeni qaydaları nəzərə almaması müəyyən tənqidlərə də səbəb olub. Hadidin görünüşü Kann Film Festivalında geyim qaydalarına münasibətdə sərhədlərin nə qədər dəyişə biləcəyinə dair suallar yaradıb.
Festivalda qayda pozuntularına baxmayaraq, Bella Hadid-in qırmızı xalçadakı çıxışı yenə də media obyektivlərinin mərkəzində olub.