Məşhur müğənni Beyons son konsertlərindən birində geyindiyi libası ilə diqqət çəkib. Onun üzərində qəzetdən hazırlanmış plaş yer alıb. Beyonsun bu tərzi bir müddət öncə Xalq artisti Tünzalə Ağayevanın geyindiyi səhnə geyimini xatırladıb.
Qeyd edək ki, Ağayevanın bu unikal libası aylar öncə tanınmış dizayner Lali Rüstəmova tərəfindən hazırlanıb. Geyimdə istifadə olunan məqalələr Azərbaycanın Xalq artisti Tünzalə Ağayevanın 25 illik zəngin estrada fəaliyyəti ilə bağlı arxiv materiallarından ibarətdir.
Xatırladaq ki, Tünzalə Ağayevanın 25 illik fəaliyyətinə dair arxiv qəzet materialları Əli Hüseynovun şəxsi arxivinə aiddir.