Fiftysix Magazine

Menyu
Edit Template

Castin Biberin #JB7 albomu bu il təqdim ediləcək

Castin Biberin yeni studiya albomu üzərində işlər başa çatıb. Məlumata görə, #JB7 adlı albomun yayımlanma tarixi hələ açıqlanmasa da, layihənin 2025-ci il ərzində dinləyicilərə təqdim olunacağı artıq təsdiqlənib.

Qeyd edək ki, Castin Biber sonuncu dəfə 2021-ci ildə “Justice” adlı albomunu yayımlamışdı. Dörd il fasilədən sonra təqdim olunacaq bu yeni layihə müğənninin musiqi karyerasında növbəti mərhələ kimi dəyərləndirilir. Hazırda albomun tərkibi, mahnı adları və iştirak edən sənətçilər barədə əlavə məlumat verilməyib.

Scroll to Top