Fiftysix Magazine

Menyu
Edit Template

Cici və Bella Hadidin daha bir bacısı üzə çıxıb

Dünyaca məşhur modellər Cici və Bella Hadid daha bir bacılarının olduğunu açıqlayıblar. Onlar bu barədə “Daily Mail”ə danışaraq, ailələri ilə bağlı yeni faktları ictimaiyyətlə bölüşüblər.

Məlumata görə, Hadid bacılarının atası Mohamed Hadid anası ilə ayrıldıqdan sonra qısa müddətli münasibət yaşayıb. Həmin münasibətdən Aydan adlı bir qız övladı dünyaya gəlib. Aydan Florida ştatında anadan olub və 19 yaşına qədər doğma atasının kimliyindən xəbərsiz yaşayıb. O, ögey atasının vəfatından sonra bu barədə həqiqəti öyrənib.

Hadid bacıları bildirib ki, Aydanla ilk dəfə 2023-cü ildə əlaqə qurublar:

“O gündən etibarən onu sevgi ilə qəbul etdik və ailəmizin bir üzvü kimi bağrımıza basdıq.”

Qeyd edək ki, Cici və Bella Hadidin daha öncədən Lenzi adlı bir bacıları və Anvar adlı qardaşları olduğu məlum idi. Aydan adlı bacının ortaya çıxması ilə Hadid ailəsi yenidən medianın diqqət mərkəzinə düşüb.

Scroll to Top