Fiftysix Magazine

Menyu
Edit Template

Məşhur reper Doeçi ilk dəfə Met Qalada

Amerikalı məşhur reper Doeçi, 5 may 2025-ci ildə Nyu-Yorkda keçirilən Met Qalada ilk dəfə iştirak edir və cəsarətli, düşünülmüş tərzi ilə diqqət çəkir. Tədbirin “Superfine: Tailoring Black Style” mövzusuna uyğun olaraq, o, “Louis Vuitton” tərəfindən Farel Uilyamsla birlikdə hazırlanmış bir geyimlə qırmızı xalçaya çıxdı.

Doeçinin üzərindəki uzun ətəkli ağ pencək və geniş şortlar, markanın monoqram naxışları ilə bəzədilib. Bordo rəngli T-bar ayaqqabılar, boru corablar və boynuna bağladığı lentlə görünüş tamamlanır. O, üzündə “Louis Vuitton” loqosu və əlində yandırılmamış siqarla mərhum dəb ikonası Andre Leon Talleyə istinad edir.

Bu görünüş həm də 18-ci əsrin qara “dandy” musiqiçisi Culius Soubizə vizual bir istinadı idi. Təbii afro saç düzümü və vizual detallarla Doeçi, bu tarixi şəxsiyyətə sayğı duruşu göstərdi.

Foto: Dimitrios Kambouris/Getty Images (Glamour.com)

Met Qaladaki debütü, onun təkcə musiqi deyil, həm də moda və mədəniyyət sahəsindəki yüksəlişinin başlanğıcı saymaq olar.

Mənbələr: glamour.com / teenvogue.com

Scroll to Top