Fiftysix Magazine

Menyu
Edit Template

Donatella Versace 30 ildən sonra vəzifəsindən ayrıldı

Donatella Versace təxminən 30 ildən sonra “Versace” moda evinin yaradıcı direktoru vəzifəsindən ayrılıb. O, 1997-ci ildən bu vəzifəni icra edib və qardaşı Gianni Versacenin ölümündən sonra markanın rəhbərliyini öz üzərinə götürüb.

O, “Versace” brendi üçün yüzlərlə moda kampaniyasına rəhbərlik edib, həmçinin otel və avtomobil dizaynları üzərində işləyib. 69 yaşlı dizayneri “Miu Miu”nun keçmiş dizayn direktoru Dario Vitale əvəz edəcək, Donatella isə brendin yeni səfiri rolunu alacaq.

Donatella Versace dünyanın ən məşhur ulduzları ilə əməkdaşlıq edib. O, Madonna, Biyonse və Ledi Qaqa kimi ikonaların geyimlərini hazırlayıb. 2000-ci ildə Cenifer Lopez üçün məşhur “yaşıl cəngəllik” libasını, 2016-cı ildə isə Mişel Obamanın ziyafət geyimini dizayn edib.

O, həm də “Versace”nin canlı siması olub – markaya xas parlaq rəngli naxışları və platin sarı saçları ilə tanınıb.

“Versace” 1978-ci ildə Donatella, Gianni və Santo Versace qardaşları tərəfindən Milanda təsis edilib. Donatella rəsmi Instagram səhifəsində istefası ilə bağlı paylaşım edərək, “Qardaşım Gianni-nin irsini davam etdirmək mənim həyatımın ən böyük şərəfi oldu. ‘Versace’ mənim DNT-də və həmişə ürəyimdədir” sözlərini yazıb.

Donatellaya ilk dəstək paylaşımı isə Dua Lipadan gəlib. Məşhur müğənni şəxsi Instagram hesabında Donatella ilə olan fotolarını paylaşaraq ona dəstəyini ifadə edib.

Scroll to Top