Fiftysix Magazine

Menyu
Edit Template

Dua Lipa Londonda karyerasının ən böyük konsertini təqdim etdi

Dua Lipa bu yay Londonda, tarixi “Wembley Stadium”da karyerasının ən böyük konsertini təqdim etdi. 20 və 21 iyun 2025-ci il tarixlərində keçirilən “Radical Optimism Tour”un İngiltərədəki şouları bir-birinin ardınca tamamilə satılaraq 90 000 yerlik tribunaları doldurdu.

İlk konsert biletləri 2024-cü ilin iyulunda elan olunan kimi onlayn satışa çıxarıldı – cəmi 5 dəqiqə ərzində satılaraq ikinci tarix də əlavə edildi.

“Guardian” qəzeti vurğulayıb ki, səhnəyə kristal bədən geyimi ilə çıxan Dua səsləndirdiyi “Training Season”, “One Kiss”, “Hotter Than Hell” və “Don’t Start Now” kimi hitlərlə izləyiciləri coşdurub.

Birinci gecə “Jamiroquai” qrupunun lideri Cey Key səhnəyə çıxaraq “Virtual Insanity” mahnısını duetlə səsləndirdi – bu, Dua üçün böyük ilham mənbəyi idi. İkinci gecə isə Çarli XCX “360” mahnısı ilə əfsanəvi performans təqdim etdi.

Konsert boyunca Dua beş fərqli səhnə geyimi ilə çıxış etdi: “Valentino”dan dantelli “catsuit”, “Balenciaga” libası, “Swarovski” bədən geyimi və s.

Tarixdə yalnız Britni Spirs, Madonnа, Biyonse, Rihannа, Teylor Svift və Adel kimi qadın ulduzlar bu səviyyədə çıxış edə bilib.

2017-ci ildə 350 nəfərlik kiçik klublarda çıxış edən yeni bir səs, indi məşhur bir dünya simasına çevrilib – bu, əsl uğur hekayəsidir.

Dua Lipa-nın “Wembley Stadium”dakı konsertləri yalnız kütləvi tamaşa yox, musiqi, texnologiya, moda və pop-kültür elementlərinin harmonik birləşməsi idi.

Scroll to Top