Azərbaycanın Avroviziya səhnəsindəki parlaq simalarından biri olan Samirə Əfəndiyeva – səhnə aləminə daha çox Efendi adı ilə tanınan sənətçi – bu il müsabiqənin keçiriləcəyi ölkədən xüsusi dəvət alıb!
Rəsmi təsdiqlənmiş məlumatlara əsasən, Efendi bu dəfə yarışmaya iştirakçı kimi yox, interval act – yəni şounun fasilə hissəsindəki möhtəşəm çıxışla geri dönəcək. Bu, onun Avroviziya ailəsində nə qədər sevilib, dəyərləndirildiyini bir daha nümayiş etdirir.
Onun səhnəyə çıxacağı yarımfinal və oxuyacağı mahnı ilə bağlı detallarsa hələlik sirr olaraq qalır. Ancaq yaxın günlərdə bütün təfərrüatlar açıqlanacaq.
