Azərbaycanı 2021-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsində təmsil etmiş müğənni Samirə Əfəndi bu il yenidən müsabiqə səhnəsində yer alıb.
Samirə Əfəndi İsveçrənin Bazel şəhərində keçirilən Avroviziya 2025-in ikinci yarımfinal mərhələsində qonaq ifaçı kimi çıxış edib. O, pandemiya səbəbilə baş tutmayan Avroviziya 2020-nin seçilmiş iştirakçıları ilə birgə “2020 Reunion” adlı interval aktda səhnəyə çıxıb.
Əfəndi həmin gecədə 2020-ci ildə səsləndirilməsi planlaşdırılan, lakin təqdim olunmayan “Cleopatra” mahnısı ilə performans göstərib. Müğənninin bu çıxışı həm tamaşaçılar, həm də müsabiqənin izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Samirə Əfəndi Avroviziya 2021-də “Mata Hari” mahnısı ilə ölkəmizi təmsil etmişdi.