Fiftysix Magazine

Menyu
Edit Template

Fariz İlyas və MARI-dən yeni layihə: “Birimiz”

İfaçı Fariz İlyas və ifaçı və bəstəkar MARI bir araya gələrək “Birimiz” adlı musiqi layihələrini dinləyicilərin ixtiyarına veriblər.

Mahnının söz və musiqisi Yaşar Araza məxsusdur. Aranjeman işini isə peşəkar musiqiçi Sərxan İsgəndərov həyata keçirib. Layihənin diqqətçəkən məqamlarından biri də mahnıya sonradan əlavə olunan ingiliscə bənddir. Bu hissə ifaçı və bəstəkar MARI tərəfindən yazılıb və səsləndirilib.

MARI bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib:

“İngiliscə bənd həm mənim musiqi tərzimin qısaca əksi, həm də müəllifin əvvəlcədən yazdığı monoloqa “qarşı tərəfin” baxış bucağını yansıdan bir hissədir. Ümid edirik ki, mahnı öz dinləyicisini tapacaq və zövq verəcək.”

Scroll to Top