Müğənni Günel Zeynalova və bəstəkar-müğənni Tunar Rəhman yeni duetlərini təqdim ediblər. “İstisna” adlı mahnının klipi artıq YouTube kanalında yayımlanıb.
Sözləri Vüqar Abdulova, musiqisi isə Tunar Rəhmana məxsus olan mahnının aranjimanı Cavid Cavad oğlu tərəfindən hazırlanıb. Mahnıda ney ifası Yurttaş Salihə, ud ifası isə Xasay Sərdara aiddir. Klipin rejissorları Samir Xudiyev və Günel Zeynalova, görüntü rejissorları isə Samir Xudiyev və Sənan Məmmədlidir.
Montajı Elşən Orucov tərəfindən aparılan ekran işinin rəng tənzimləməsini Sənan Məmmədli edib. Çəkilişlərdə fotoqraflar Farux Rəcəb və Yusif Qurbanlı iştirak ediblər. Makiyaj Günel Ağacanovaya, saç düzümü Günel Abdullayevaya, stil isə Günel Zeynalovaya məxsus “Quel Music” və “Quel Room” brendlərinə, eləcə də ifaçının özünə aiddir.
Layihənin ərsəyə gəlməsində 30 nəfərlik komanda çalışıb. Günel Zeynalova, Tunar Rəhmana dueti qəbul etdiyi üçün təşəkkür edərək, klipi bütün aşiq cütlüklərə hədiyyə etdiyini bildirib.