Mariam Shengelia ilk dəfə 2018-ci ildə, cəmi 14 yaşında “X-Factor Georgia” müsabiqəsində yarımfinala yüksələrək diqqət mərkəzinə düşüb. 2019-cu ildə “Georgian Idol” yarışmasında altıncı yeri tutub, 2021-ci ildə isə “The Voice of Georgia” müsabiqəsində yenidən yarımfinala vəsiqə qazanıb.
O, solo karyerası ilə yanaşı, artıq Avroviziya ilə bağlı bir təcrübəyə malikdir. 2020-ci ildə Gürcüstanı təmsil edən Tornike Kipianinin “Take Me As I Am” mahnısında bek-vokalçı kimi çıxış edib.
Mariam bu dəfə artıq əsas səhnədədir – “Freedom” mahnısı ilə Gürcüstan üçün qələbə qazanmağa çalışacaq!
