HBO-nın məşhur post-apokaliptik dram serialı “The Last of Us” 13 apreldə ikinci sezonu ilə geri qayıdır.
Serial Amerikan video oyun yaradıcı şirkəti “Naughty Dog”un hazırladığı video oyun franşizasına əsaslanaraq hazırlanıb. 2020-ci ildə yayımlanan “The Last of Us ll” video oyununa əsaslanan serialın süjet xətti ilk sezonda baş verən “Cordyceps” adlı ölümcül bir göbələk infeksiyasının insanları zombiyə bənzər varlığa çevirməsindən iyirmi il sonrakı hadisələri əhatə edəcək. Coel (Pedro Pascal) və Elli (Bella Ramsey) artıq Uyominq ştatının Cekson şəhərində məskunlaşıblar. Lakin onların nisbətən sakit həyatı, yeni təhlükələr və mürəkkəb münasibətlərdə sarsılır. Bu mövsümdə Ebbi (Kaitlyn Dever) kimi yeni personajlar qatılıb və hekayəyə əlavə gərginlik və dramatizm qatır.
Serialın ilk mövsümü böyük uğur qazanaraq, Amerikada hər epizod üçün təxminən 30 milyondan çox tamaşaçı cəlb etmişdir. Bundan əlavə, “The Last of Us” HBO Max platformasında Avropa və Latın Amerikasında ən çox izlənilən serial olmuşdur. Elə bu səbəbdən ilk sezonun yayımlanmasından qısa müddət sonra ikinci sezonun anonsu verildi.