Fiftysix Magazine

Menyu
Edit Template

Hiss “Canın sağ olsun” mahnısını təqdim etdi

Fərqli ifaları və daim yenilikçi yanaşması ilə seçilən müğənni Hiss növbəti layihəsini təqdim edib.

“Canın sağ olsun” adlı yeni iş artıq dinləyicilərin ixtiyarındadır. Mahnının emosional gücünü və daxili dünyasını vizual olaraq ifadə edən bu layihə, Hiss-in yaradıcılığında yeni bir mərhələnin başlanğıcıdır.

Mahnının söz və musiqisi Abbas İsmayılov və Hissə aiddir.

Qeyd edək ki, klipin rejissoru Xəyal Səlimov “Canın sağ olsun”un son illərdə Azərbaycanda çəkilən ən bahalı kliplərdən biri olduğunu bildirib.

Mahnı Hiss-in rəsmi YouTube kanalında və bütün musiqi platformalarında yayımlanıb.

https://youtu.be/NhoMSeY8wys?si=mqOwrxPRBtEBwgdj
Scroll to Top