Fiftysix Magazine

Menyu
Edit Template

İlqarə Kazımovadan yeni layihə: “Sevgi” adlı klip təqdim olundu

Azərbaycanın pop musiqisinin kraliçası Aygün Kazımovanın qızı və sənət yolunun davamçısı İlqarə Kazımova yeni “Sevgi” adlı mahnısına çəkilmiş klipini təqdim edib. Layihə üzərində bir sıra peşəkar mütəxəssislər çalışıb.

Mahnının musiqisi və sözləri bəstəkar və söz müəllifi Nicat Məlikova məxsusdur.

Klipin konseptual quruluşu və kreativ istiqaməti Lana Sokolovaya həvalə olunub. Ekran işinin operatoru və görüntü rejissoru vəzifəsini Caba Axoişvili icra edib. İstehsalat komandası Lana Sokolovanın rəhbərliyi ilə çalışıb. İstehsalat assistenti Samir Vəliyev olub.

Klipdə İlqarə Kazımovaya model İqo Hüseynov və Rus greyhound cinsindən olan Gonzo adlı it müşayiət edib. 

Vizual obrazların hazırlanmasında Roman Məmmədov və Ramilə Qasımova çalışıblar. FPV dron çəkilişləri Amil Məmmədzadə tərəfindən həyata keçirilib, dron assistenti isə İftixar Quliyev olub. Çəkiliş meydançasında əlavə dəstək isə Mələk Əliyeva və Həvər Kərimova tərəfindən göstərilib. Nəqliyyat təminatı Kamran Yusubov tərəfindən təşkil edilib.

Scroll to Top