Bəzən bir otağa girirsən…
Və içində bir səs pıçıldayır:
“Sən buraya aid deyilsən.”
Hamı səndən daha uğurlu, daha ağıllı görünür.
Sən isə sadəcə təsadüfən bu uğurlara çatmış biri kimi hiss edirsən.
Sanki bir azdan kimsə səni ifşa edəcək:
“Bu yer sənin deyil.”
Bu hiss – imposter sindromudur.
Uğur qazandıqca daha çox şübhələnirsən.
Özünü daim müqayisə edir, çatışmazlıqlarını böyüdürsən.
Sanki başqasının sevgisini, etibarını, heyranlığını haqq etmirsən.
Bu isə səni özünə qarşı səssizcə döyüşən bir insana çevirir.
Niyə belə hiss edirik?
Çünki mükəmməl olmağa öyrədilmişik.
Qüsurlarımızı gizləmişik.
Və nəticədə, uğurlarımız da bizə yad gəlib.
Halbuki o uğura gedən yolu sən keçmisən, kimsə sənin yerinə getməyib.
Nə etməli?
Özünə sadə bir sual ver:
“Əgər bu qədər dəyərsizdimsə, bəs necə bu qədər yol gəlmişəm?”
İmposter hissi varsa, deməli nəyəsə çatmısan.
Sadəcə indi özünə inanmaq vaxtıdır.
Sonda bir etiraf:
Bu yazını yazarkən mən də düşündüm – “Bəlkə Tərlan bəyənməz?”
Amma yazdım. Çünki bəzən sözlər susqunluqdan daha çox şəfa verir.