Azərbaycanlı dizayner Qalib Həsənovun müəllifi olduğu “Institution” brendi nüfuzlu #CMFTGRANT2025 mükafatı üzrə finala yüksəlib.
“Institution” brendi təkrar emal olunmuş lüks materiallar və unudulmaqda olan ənənəvi əl toxuculuğu texnikaları ilə hazırlanmış geyimləri ilə seçilir. Layihə modanı mədəni və etik dəyərlər əsasında yenidən tərif edərək, davamlılığı və sosial məsuliyyəti ön plana çəkir.