Fiftysix Magazine

Menyu
Edit Template

İradə İbrahimovadan yeni albom: “DƏM”

Tanınmış müğənni İradə İbrahimova sənət fəaliyyətinə yeni albomla qayıdır. Sənətçi “DƏM” adlı yeni musiqi layihəsinin ilk mahnısını 18 iyul 2025-ci il tarixində təqdim edəcək.

Sosial media hesabında paylaşım edən ifaçı bildirib ki, bu albom onun həyatında və yaradıcılığında yeni mərhələnin başlanğıcıdır:

“Həyatımın bir dövrünü bağladığımı, yenisini açdığımı hiss etdiyim duyğularımın toplamıdır “DEM”. Həyatımda özüm üçün arzu etdiyim, xəyalını qurduğum bir çox şeyə çatmağın verdiyi hüzurla, fərahlıqla, dərindən nəfəs alaraq yola davam edirəm. Şükrüm sonsuzdur.”

İradə İbrahimova qeyd edib ki, yaradıcılığında verdiyi fasilə dinləyicilərlə arasındakı əlaqəni daha da möhkəmləndirib və onların onu daha yaxından tanımasına səbəb olub. O, albomun hər bir ifasının xüsusi bir hekayə daşıdığını vurğulayıb: “Mənim üçün hər albom bir hekayədir.”

Məlumata görə, albomun təqdim olunacaq ilk mahnısının bəstəkarı Camal Qurbanovdur. Mahnının adı və digər təfərrüatlar yaxın günlərdə açıqlanacaq.

Scroll to Top