Türkiyənin məşhur müğənnisi İrem Derici bu dəfə də gözlənilməz bir addımı ilə diqqət çəkib. Sevgilisi Melih Kunukçunun dünyaca məşhur ulduz Dua Lipa ilə maraqlandığını hiss edən Derici, problemi kökündən həll etmək üçün birbaşa ona mesaj yazıb.
İnstagram üzərindən Dua Lipaya “Bacı, Melih sənə çox maraq göstərir, aramızda problem çıxmasın deyə onu blok et” mesajını göndərən İrem Derici, bu anı izləyiciləri ilə bölüşərək “Mən artıq belə məşhurlarla ünsiyyət qurmalıyam, çünki lazımsız insanlara yer yoxdur” sözlərini əlavə edib.
Bu hadisə sosial mediada böyük səs-küy yaradıb və Türkiyədəki məşhur sənətçilərin son vaxtlar beynəlxalq ulduzlarla gündəmə gəlməyə çalışması ilə bağlı müzakirələrə səbəb olub.
Xatırladaq ki, bir müddət əvvəl məşhur müğənni Atiye də Lady Gaganın “Abracadabra” mahnısını plagiat etdiyini iddia etmişdi. Görünən odur ki, türk müğənniləri beynəlxalq ulduzlarla “qarşıdurma” yaratmaqdan çəkinmirlər.
