Kendrik Lamar “Chanel”in 2024 yaz-yay “Haute Couture” kolleksiyasına həsr olunan “The Button” adlı qısa film üçün musiqi bəstələyərək brendlə ilk dəfə rəsmi əməkdaşlıq edib. Bu layihə Lamar və Deiv Fri tərəfindən yaradılmış “pgLang” şirkəti ilə “Chanel” arasında reallaşıb. Film, “Chanel”in kreativ rəhbəri Vircin Viardın dəvəti ilə ərsəyə gəlib və zamanla bağlı simvolik ötürülmə ideyasını vizual şəkildə əks etdirir.
“Vogue” xəbər verir ki, Qara-ağ tonda çəkilmiş bu üç dəqiqəlik qısa film aktrisalar Marqaret Qualley, Anna Muqlalis və supermodel Naomi Campbelin iştirakı ilə təqdim olunur. Lamar filmin ruhunu çatdırmaq üçün yeni musiqi bəstələyib və “Chanel” moda evində sənətkarların əl işlərinə və emosional zəhmətinə heyran qaldığını bildirib. Onun sözlərinə görə, bu parçalar təkcə geyim deyil, içlərində insan hekayələrini və enerjisini daşıyır.
Mənbə: Vogue
Şəkil: Michael Blackshire/Getty Images