Fiftysix Magazine

Menyu
Edit Template

Kendrik Lamar və SZA bu yay Birləşmiş Krallıqda möhtəşəm tura çıxırlar

Musiqi dünyasının iki nəhəngi – Kendrik Lamar və SZA bu yay pərəstişkarlarına unudulmaz anlar yaşatmağa hazırlaşırlar. Super Bowl səhnəsindəki parlaq çıxışlarının ardından, onlar birlikdə stadion turuna başlayacaqlar. Tur həm ABŞ-da, həm də Avropada təşkil olunacaq və iyul ayında Birləşmiş Krallıqda baş tutacaq konsertlərlə davam edəcək.

Konsert tarixləri və məkanlar

8 iyul – Qlazqo, Hampden Park

10 iyul – Birmingem, Villa Park

19 iyul – Kardif, Principality Stadium

22 və 23 iyul – London, Tottenham Hotspur Stadium (ikinci London konserti əlavə olunub)

Kendrik və SZA-nın Super Bowl LIX zamanı birgə səhnə alması izləyicilər tərəfindən coşqu ilə qarşılandı. Onlar “DNA” və “All the Stars” kimi hitlərini canlı ifa etdilər. Səhnə performansları və sinxron enerjiləri elə oradaca turne üçün böyük maraq yaratdı. Qısa müddətdə turne xəbərinin yayılması musiqisevərləri sevindirdi.

İki sənətçi uzun illərdir musiqi əməkdaşlığı içindədir. Onların 2018-ci ildəki “Championship Tour” adlı turu böyük uğur qazanmışdı. Xüsusilə Kendrik-in “Black Panther” soundtrack albomunda yer alan “All the Stars” mahnısı SZA ilə olan əməkdaşlıqlarının zirvəsi sayılır.

Bu yaykı tur, həm Kendrik Lamar, həm də SZA-nın pərəstişkarları üçün əsl musiqi bayramına çevriləcək. Hər iki ifaçının səhnədəki güclü enerjisi və bir-birini tamamlayan tərzi ilə bu konsertlər unudulmaz olacaq.


Mənbə: The Independent

Scroll to Top