Hər birimizin həyatında elə insanlar var ki, onların davranışları bəzən çaşdırıcı olur. İlk baxışda sadəcə özünə güvən kimi görünən bu xüsusiyyətlər, dərinlikdə isə ciddi bir məsələni gizlədir: narsistlik. Bu insanlar həmişə özlərini ən ağıllı, ən xüsusi və ən vacib şəxs kimi təqdim edirlər. Onlarla ünsiyyətdə olduğunuz zaman sanki daim bir səhnədə, onların qurduğu oyunun içindəsiniz.
Narsistlər heç vaxt təşəbbüs göstərməzlər. Əvvəl siz başlayın. Hal-əhval tutmaq? Gözləyər ki, siz maraqlanasınız. Onların dünyasında başqalarının hissləri əhəmiyyətsizdir; əsas olan öz ehtiyacları və arzularıdır. Öz uğurlarını şişirtmək, başqalarının uğurlarını kiçiltmək onlar üçün adi haldır. Səhv etdiklərini qəbul etmək isə, bəlkə də heç bir zaman baş vermir. Ətrafındakı insanlar sadəcə bir vasitədir – məqsəd isə daim diqqət mərkəzində olmaqdır.
Bu davranışların arxasında isə çox vaxt görünməyən bir həqiqət yatır: narsist şəxsiyyət pozuntusu sadəcə kapriz və ya yüksək eqo deyil, psixoloji bir problem, bəzən də dərin bir boşluğun göstəricisidir. Onlar özlərini toxunulmaz və güclü göstərməyə çalışsalar da, içlərində təsdiqə, qəbul olunmağa ehtiyac duyurlar. Sözün açığı, bu həm onlara, həm də ətrafdakılara ağır gəlir.
Bəlkə də indi düşünürsünüz: “Yoxsa mən də belə birinin təsiri altındayam?” Yaxud daha səmimi sual: “Bəlkə də elə mən özüməm bu insan?”
Unutmayın, narsist olmaq sizin və ya başqasının seçimiydi demək çətin olar, amma onunla necə davranacağınızı seçmək – sizin əlinizdədir.