Fiftysix Magazine

Menyu
Edit Template

Lord “What was that” ilə musiqiyə geri dönür

Yeni Zelandiyalı dünya ulduzu Lord uzun fasilədən sonra yenidən musiqi səhnəsində!


“Solar Power” albomundan sonra səssizliyə çəkilən sənətçi, 2025-ci ilin yayında təqdim edəcəyi yeni albomu ilə pərəstişkarlarını həyəcanlandırıb.

Lord, 16 aprel 2025-ci ildə yeni mahnısı “What Was That” ilk dəfə “TikTok” platformasında paylaşaraq geri dönüşünü elan edib. Ardınca Nyu-Yorkda yerləşən Vaşinqton Skver Parkında təşkil etdiyi sürpriz konsertdə mahnını canlı səsləndirib.

Rəsmi adı hələ açıqlanmasa da, “L4” kimi tanınan yeni albomun 2025-ci ilin yayında işıq üzü görəcəyi gözlənilir. Albomda Lordun əvvəlki musiqi tərəfdaşları – Cim-İ Stək və Dev Hayns (səhnə adıyla Blood Orange) ilə əməkdaşlıq etdiyi bildirilir. Bundan əlavə, Çarli XCX ilə birgə çalışma ehtimalı pərəstişkarlarda böyük maraq yaradıb.

“Lord Yay Mövsümü” sloqanına hazır olun!

“Coachella” 2025 səhnəsində çıxış edən Çarli XCX “Lord summer 2025!” sözləri bu yayın Lordla dolu keçəcəyini açıq şəkildə göstərir.

Scroll to Top