Fiftysix Magazine

Menyu
Edit Template

Həftə sonu film tövsiyəsi: “Malèna”

Rubrikamızın bu həftəki filmi İtaliya kinosunun unudulmaz incilərindən biri “Malèna” Rejissoru Giuseppe Tornatore, musiqiləri isə əfsanəvi Ennio Morricone tərəfindən bəstələnmiş bu film həm vizual gözəlliyi, həm də dərin emosional hekayəsi ilə yaddaqalan əsərlərdən biridir.

Filmin əsas siması Monica Belluccinin canlandırdığı Malèna kiçik bir İtaliya şəhərində gözəlliyi ilə dillərə dastan olmuş qadındır. O, elə bir qadındır ki, bütün qadınların qibtə etdiyi, bütün kişilərin baxışlarını çəkməyə çalışdığı, amma heç kimin həqiqətən anlamadığı biridir. Gözəlliyi ilə ucaldılıb, amma eyni gözəlliklə təkliyə məhkum edilib…

Hadisələr yeniyetmə Renato adlı bir oğlanın gözü ilə izah olunur. Onun üçün Malèna həm arzu, həm ilham, həm də içindəki kişiliyin oyandığı ilk simvola çevrilir. Amma Renato böyüdükcə, gözəlliyin arxasında gizlənən acını, tənhalığı və cəmiyyətin qəddarlığını da görür.

“Malèna” həm bir qadının izzətini qoruma mübarizəsidir, həm də bir oğlanın susqun heyranlığı içində yaşadığı duyğuların yetkinləşməsidir. Monica Bellucci bu rolda təkcə gözəlliyi ilə deyil, baxışları, susqunluğu və dərinliyilə əsl bir obraz yaradır.

Scroll to Top