Pop musiqisinin taclı kraliçası geri döndü! Meriah Keri 6 iyun 2025-ci ildə təqdim etdiyi yeni sinqlı “Type Dangerous” ilə həm dinləyicilərini, həm də musiqi tənqidçilərini təəccübləndirməyi bacardı. Bu sinql, onun 2019-cu ildən bəri ilk solo işidir və eyni zamanda 16-cı studiya albomuna gedən yolun açarını təqdim edir.
Sinqlda diqqət çəkən məqam onun klassik hip-hop üslubuna reveransıdır — “Eric B. Is President” parçasından götürülən nümunə “sample” Meriahın 90-cı illərin cazibədar ritmlərinə nostalji bir dönüşü kimi səslənir.
Məşhur musiqi portalı “Pitchfork”, sinqlı “Meriah Kerinin musiqi yaddaşına köklənmiş, eyni zamanda müasir pop enerjisi ilə təzələnmiş” kimi qiymətləndirir. İspan mətbuatında isə “Los 40” saytının yazdığına görə, Meriah sinqldan öncə sosial mediada “What’s Your Type?” adlı tizer yayımlayıb və bu tizerin müşayiət olunduğu avtomobil nömrəsindəki “MC16” yazısı, pərəstişkarlar arasında yeni albomun təsdiqi kimi qəbul olunub.
“New York Post” isə bu qayıdışı “yay mövsümünü qızdıracaq bir bop” kimi təsvir edir. Tənqidçilər bu sinqlı “The Emancipation of Mimi” dövrünün müasir təzahürü kimi qiymətləndirir və ehtimal edirlər ki, “MC16” albomu da Meriahın karyerasında yeni bir zirvəyə çevrilə bilər.
Bu dəfə Keri yalnız musiqi ilə yox, həm də dəb, estetik və nostalji kodları ilə danışır. “Type Dangerous” sanki keçmişlə bu gün arasında gizli bir körpüdür — nə retro, nə də müasir — sadəcə Meriah Keri!