Fiftysix Magazine

Menyu
Edit Template

Mayli Sayrus adını Hollivudun əfsanələri sırasına yazdırdı

Amerikalı müğənni və aktrisa Mayli Sayrus Hollivud Şöhrət Xiyabanında ulduzu ilə təltif olunaraq, bu şərəfə layiq görülən 1990-cı illər doğumlu ilk şəxs olub.

Mayli Sayrus bu əlamətdar hadisə ilə bağlı sosial media hesabında duyğusal paylaşım edib:

“Hollivud Şöhrət Xiyabanında ulduz almaq mənim üçün böyük şərəfdir. Kiçik bir qız ikən Neşvildən Los-Ancelesə ilk dəfə gələndə ailəmlə Hollivud Bulvarındakı bir oteldə qalardıq. Atamla gecələr gəzməyə çıxar, heç kim onu tanımadığı üçün hədiyyə dükanlarında sərbəst gəzərdik. Saxta Oskar heykəlləri və Merilin Monro suvenirləri alardıq. İndi isə ilham aldığım ikonaların arasında, bu əfsanəvi bulvarda izimi buraxmaq – bu bir yuxu kimidir. Bu an əbədi olaraq yaddaşımda qalacaq. Həyatımda bu anı mümkün edən hər kəsə təşəkkür edirəm. Bu ulduzu sizinlə paylaşmaqdan qürur duyuram.” – deyə Sayrus bildirib.

Qeyd edək ki, Mayli Sayrus 2000-ci illərdə “Hannah Montana” serialı ilə məşhurlaşmış, daha sonra isə musiqi karyerası ilə beynəlxalq şöhrət qazanmışdır.

Scroll to Top