ABŞ-li müğənni Mayli Sayrus 9 may 2025-ci il tarixində “More to Lose” adlı yeni sinqlını yayımlayıb. Mahnı, ifaçının 30 mayda “Columbia Records” tərəfindən təqdim ediləcək “Something Beautiful” adlı doqquzuncu studiya albomuna daxildir.
Sinqlın musiqisi və sözləri Mayli Sayrus, Otəm Rou və Maykl Pollak tərəfindən yazılıb. Prodüser işi BJ Börton, Şon Everet, Conatan Rado və Maykl Pollak tərəfindən icra olunub. Mahnı münasibətin sonu ilə bağlı mövzuları əhatə edir.
“More to Lose” sinqlına çəkilmiş rəsmi musiqi videosu da eyni gün ictimaiyyətə təqdim olunub. Klipin rejissorları Mayli Sayrus, Ceykob Biksənmən və Brendən Volterdir. Video ağ-qara formatda çəkilib və iki insan arasındakı əlaqənin gedişatını təsvir edir.