Müğənni Mehin Hümbətova növbəti layihəsini dinləyicilərinin ixtiyarına verib. “Eşq Dəlisi” adlı mahnı artıq bütün rəqəmsal musiqi platformalarında, o cümlədən YouTube kanalında yayımlanıb.
Mahnının söz və musiqisi Fərid Kərimliyə məxsusdur. Layihənin aranjimanı və səs uzlaşması Emin Kərim, vokal prodüserliyi isə İsmayıl Əsədov tərəfindən həyata keçirilib.
Klipin rejissoru Rəvan Muradov, bədii rəhbəri Elşad Quliyevdir. Ekran işi 18 saat ərzində Bakıda lentə alınıb. Sənətçi bu klipdə 4 fərqli obrazda çıxış edərək vizual baxımdan dinamik və fərqli atmosfer yaradıb.
Layihədə Mehin Hümbətovanın yaxın dostları – influenser Nüşabə Qəndil, Şükran Salamova və aparıcı İskəndər İbrahimov da yer alıb.
Klipin meneceri Kənan Cəfərov, fotoqrafı Oktay Jafferdir. Səhnə obrazları stilist Günel Əhmədbəyli, makiyaj isə Babək Qədirov tərəfindən hazırlanıb.
Layihə barədə İnstagram hesabında paylaşım edən Mehin Hümbətova bildirib:
“Əminliklə deyə bilərəm ki, bu mahnı yayın HIT mahnısına çevriləcək. ‘Eşq Dəlisi’ artıq YouTube-da! İzləyin və zövq alın.”