İlin ən dəbdəbəli dəb gecəsində kişilərin görünüşlərinə diqqət yetirək.

Bəd Banni–Puerto-Riko əsilli müğənni bu dəfə də Met Qalada adından söz etdirməyi bacardı. O gecəyə göz qamaşdıran əlcəkləri olan qəhvəyi “Prada” kostyum, yaxası gül broş, Puerto-Riko pavasına bənzər toxunmuş papaq və ağ ayaqqabı ilə birləşdirilmiş çanta kombinasiyası ilə qatılmışdı. Həmçinin onu sevənlərə də mesaj verməyi unutmayan gənc sənətçi yeni tura çıxacağını və bunun “böyük bir parti” olacağını söylədi.

Şah Rux Xan–Met Qalada debüt edən dünya starı Şah Rux Xan hindi əsilli dizayner Sabyasaçinin onun üçün ərsəyə gətirdiyi libasla tədbirə qatılmışdı. Tamamilə qara rəngli, monoqramlı yapon buynuz düymələri ilə bəzədilmiş və Tasmaniyan super zərif yunundan tikilmiş yerə qədər uzanan palto geyinmişdi. Palto əllə toxunmuş və enli yaxalı idi. Əfsanə onu ipək köynək və xüsusi zərif yun şalvarla birləşdirmişdi. Onun görünüşünü qat-qat atlaz kəmərbənd tamamlayırdı. Əsas diqqəti cəlb edən nüanslardan biri isə aktyorun aksesuarları idi. Belə ki, 18 min qızıl elementlə bəzədilmiş Benqal Pələnginin başı olan əsası və ekstravaqant və bahalı aksesuarlardan biri olub 2.5 milyon dəyərində ultra nadir və dəbdəbəli “Patek Phillipe Grand” saatı onun görünüşünü daha da təmtaraqlı etmişdi.

Adrian Brodi–Pianist ulduz qalaya “Fear of God” şalvar və parıldayan çiçək broşla bəzədilmiş qüsursuz qara palto ilə örtülmüş qara atlaz köynəklə qatılmışdı.

Alton Meyson–Amerikalı model, rəqqas və aktyor olan 27 yaşlı ulduz gecəyə “Custom Boss” imzalı libasla qatılmışdı. Meyson hip-hop əfsanəsi “Slik Rik The Ruler”ə ehtiramını bildirərək gümüşlə bəzədilmiş tək gözünü örtən aksesuar və klassik qara rənqli geyinmişdi. Onun görünüşü böyük çiyinləri və dramatik abu-havası olan tan uzun qara palto ilə tamamlanmışdı. Paltonun altında gümüşü rəngdə, sinəsi ürək formasında olan gödəkçə geyinmişdi. Görünüşü isə Afro-futuristik özəllikəri özündə daşıyan metal şalvar və çəkmələrlə tamamlanmışdı.