Fiftysix Magazine

Menyu
Edit Template

Modellər Met Qala 2025-də necə göründü?

Bu il Met Qalada tanınmış modellər də öz damğasını vurdu. Bu məqalədə onlardan bəzilərinə diqqət yetirəcəyik.

Photo: TheStewartofNY/Getty Images

Kendall Cenner Torişecu Dumi tərəfindən hazırlanmış dərin dekolteli boz kostyumla qırmızı xalçada göründü. Klassik köynəkdən imtina edərək sadə saç düzümü və təbii makiyajı ilə görünüşünü tamamladı.

Photo: Getty Images

Kayli Cenner “Ferragamo”nun dizayneri Maksimilian Devis tərəfindən hazırlanmış xüsusi bir paltarla tədbirə qatıldı. Qara və ağ muncuqlarla bəzədilmiş, transparant korsetli və uzun yarıqlı bu paltar retro və müasir elementləri birləşdirirdi. Kayli öz unikal görünüşünü brilyant sırğalarla tamamladı.

Photo by TheStewartofNY/Getty Images

Heyli Biber “Saint Laurent”in qara blazer mini paltarı və şəffaf taytları ilə tədbirdə iştirak etdi. Geyimini “Tiffany & Co” zərgərlikləri və “Patek Philippe” saatı ilə tamamladı. Tədbirə tək gələn Heyli yoldaşı Castin Biberin evdən tədbiri izlədiyini və onu sosial mediada dəstəklədiyini bildirdi.

Photo: Hunter Abrams

Cici Hadid “Miu Miu” tərəfindən hazırlanmış qızılı, parıltılı bir paltarla Met Qalada iştirak etdi. Geyimi 1951-ci ildə Cozefin Beykerin geyindiyi paltardan ilhamlanaraq hazırlanmışdı. Cici bu görünüşünü retro pin-up saç düzümü və qarışıq metal sırğalarla tamamladı. Tədbirə hazırlıq gününü sevgilisi Bredley Kooper ilə keçirdiyini və onun dəstəyinin özünə güvən verdiyini bildirdi.

Photo: John Shearer

Vittoria Seretti Meison Marciela tərəfindən hazırlanmış ağ rəngli kostyumla tədbirdə iştirak etdi. Geyimi tədbirin “Superfine: Tailoring Black Style” mövzusuna uyğun olaraq, zərif və klassik bir görünüş təqdim etdi.

Photo: Getty Images

İman Hammam “Swarovski”nin Gema kolleksiyasından ilhamlanaraq hazırlanmış iki hissəli bir geyimlə tədbirdə iştirak etdi. İman Hammam üçün hazırlanan bu parıltılı geyim üzərində tam 14 gün işlənilib. 3000-dən çox “Swarovski” kristalı və 100000-dən artıq parlaq daşla bəzədilən bu libas çox böyük incəliklə hazırlanmışdı. Onun görünüşü tədbirin mövzusuna uyğun olaraq zəriflik və sənətkarlığı birləşdirirdi.

Bu ilki Met Gala bir daha sübut etdi ki, moda sadəcə geyim deyil, hər parça, hər görünüş bir hekayə danışır. Hər modelin seçimində yalnız dəb deyil, şəxsiyyət və öz üslubunu ifadə etmək istəyi vardı. Gecə boyunca fərdi tərzlər, mədəniyyətə istinadlar və incəliklə hazırlanmış dizaynlar qırmızı xalçada öz yerini aldı. Bu möhtəşəm tədbir bir daha göstərdi ki, dəb dünyası yenidən yazılır və bu səhifələrin qəhrəmanları bu gecənin özüdür.

İstinad: Vogue, Arab News

Scroll to Top