4 iyun 2025-ci il tarixində müğənni Dizzi yeni layihəsi olan “Sən gedən gündən” adlı mahnısını dinləyicilərə təqdim edib. Mahnının sözləri və musiqisi ifaçının özünə məxsusdur. Layihə sənətçinin doğum günü münasibətilə ictimaiyyətə təqdim olunub.
Yeni mahnısı ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edən Dizzi bu sözləri qeyd edib:
“Bu gün mənim ad günümdür. Və bu xüsusi gündə sizinlə çox şəxsi bir şeyi bölüşmək istəyirəm. Yeni mahnım — “Sən gedən gündən” — artıq yayımda. Bu nə yay hiti, nə də rəqs treki deyil. Bu — bir etirafdır. Bu — demək olar ki, hər birimizin yaşadığı bir hekayədir. Ağrısıyla, səssizliyi ilə, içindən keçdiyimiz o anlarla. Bu, bir sevgi hekayəsidir. Ayrılıqdan, unudulmayan hisslərdən danışır. Bu dəfə mən tam fərqliyəm. Yeni bir formatda, daha səmimi, daha həqiqi… Yanımda olduğunuz üçün təşəkkür edirəm. Bu gün — xüsusidir.”