Azərbaycanın Avroviziya qalibi Nigar Camal illər sonra unudulmaz bir jestlə diqqət mərkəzinə düşüb. İfaçı sosial media hesabında 2011-ci ildə Eldar Qasımovla birgə Avroviziya Mahnı Müsabiqəsində qalib gəldikləri gecədə geyindiyi libası yenidən geyinərək paylaşım edib.
“14 il sonra eyni paltarda… Cəmi 8 kiloqram artıq,” – deyə Nigar zarafatla qeyd edib.
Qeyd edək ki, Nigar Camal 2011-ci ildə Eldar Qasımovla birgə “Ell & Nikki” dueti adı altında çıxış edərək “Running Scared” mahnısı ilə Azərbaycanı təmsil etmiş və müsabiqənin qalibi olmuşdu. Bu, Azərbaycanın Avroviziya tarixində ilk və yeganə birinciliyi kimi qeydə alınıb.
