Avroviziya müsabiqəsinin qalibi, tanınmış müğənni Nigar Camal yeni layihəsini təqdim edib. “Axtarmasan” adlı mahnının sözləri şairə Nazilə Səfərliyə, musiqisi isə bəstəkar Pərviz Hüseynə məxsusdur.
Layihə çərçivəsində sənətçi kamera qarşısına keçərək, ekran işində fərqli obrazlarla çıxış edib. 50 nəfərlik komanda ilə hazırlanan klip Bakıda lentə alınıb. Klipdə Nigar Camal altı müxtəlif libasda tamaşaçı qarşısına çıxıb.
Ekran işinin rejissoru Ramin Niftəliyevdir. Diqqətçəkən məqamlardan biri də klipin əvvəlində Nigar Camalın onun rəqsi ilə sosial şəbəkələrdə viral olmuş Samir Piriyevin ifasında səslənən “Matanı” adlı musiqidən istifadə etməsidir.