Dünya şöhrətli müğənni, aktrisa və “Pussycat Dolls” qrupunun sabiq solisti Nikol Şörzinger bu il “DreamFest” musiqi festivalında iştirak edəcək. Sənətçi 23 iyul tarixində festivalın açılış mərasimində səhnəyə çıxacaq.
Qeyd edək ki, “DreamFest” musiqi festivalı hər il dünyanın tanınmış sənətçilərini bir araya gətirərək tamaşaçılara unudulmaz musiqi təcrübəsi yaşadır.