Tanınmış ifaçı Ayaz Babayev Avroviziya 2026 təmsilçiliyi ilə bağlı maraqlı açıqlama verib. Müğənni “Afaqla Onlar” verilişinin qonağı olarkən müsabiqəyə getməyə açıq olduğunu bildirib.
“Əlbəttə gedərəm Avroviziyaya. Səhnədə 6 nəfər olur. Onlardan 5-i bekvokal və rəqqas olur. Niyə oxumuram? Gedərəm, oranı söküb, dağıdıb gələrəm. Lazım olsa, xəbər edin,” – deyə o, zarafatla, lakin özünəinamla cavab verib.
Verilişin aparıcısı Afaq Gəncəli ifaçını gələn il seçim mərhələsinə qatılmağa təşviq etsə də, Ayaz Babayev seçimlərdə iştirak etmək fikrində olmadığını bildirib. Onun sözlərinə görə, yarışa qatılması üçün birbaşa təklif gözləyir.