Portuqaliya ənənəvi Festival da Canção vasitəsilə Avroviziya 2025-də ölkəni təmsil edəcək ifaçını və mahnını seçdi. Yarışmanın qalibi NAPA oldu – o, “Deslocado” mahnısı ilə həm münsiflərdən, həm də tamaşaçılardan ən yüksək xalı toplayaraq böyük səhnəyə vəsiqə qazandı.
Finalda Diana Vilarinyo lirikal “Cotovia” mahnısı ilə ikinci yeri tutdu, üçüncü pillədə isə güclü ifası ilə seçilən Fernando Daniel “Medo” mahnısı ilə qərarlaşdı.
Portuqaliya Avroviziya 2025-də necə çıxış edəcək? NAPA və “Deslocado” böyük səhnədə nə dərəcədə uğur qazana biləcək? Cavablar may ayında bilinəcək!
