Fiftysix Magazine

Menyu
Edit Template

Köşə yazısı: 23:59

Qaçma yanımda addımla

Heç olub ki, birinə yazmaq istəyirsən… amma dayanırsan.
Çünki onsuz da cavab gec gələcək, bəlkə də heç gəlməyəcək.
Onda susursan.
Əllərin titrəyir yazmamaq üçün,
ürəyin susmur yazmaq üçün.

Tanış gəldi?
O hiss var axı… Özünü kiçiltmədən sevmək istəyirsən,
amma elə bil hər dəfə sən danışırsan, sən yazırsan, sən soruşursan:
“Necəsən?”
“Yaxşısan?”
“Bu gün necə keçdi?”
Və o isə… sanki qaçır.

Qaçır, çünki bəlkə də onu bu qədər dürüst sevənə öyrəşməyib.
Bəlkə də qorxur. Bəlkə də heç hiss etmir.
Amma sən susanda o da susursa…
Deməli bu münasibət ikinizin üstündə qurulmayıb. Tək tərəfli ümidlərlə ev tikilmir.

Bilirəm, sən qovmadın. Sadəcə istəyirdin ki, gəlsin. Səninlə addımlasın.
Tələbin böyük deyildi:
Bir az diqqət.
Bir az qayğı.
Bir az “mən də burdayam” duyğusu.
Amma sən alınmadın.
Sən səssizlikdə qaldın.

Və indi özündən soruşursan:
Mən həqiqətən bu qədər dəyərsizəm?
Xeyr. Sən qovulacaq biri deyilsən.
Sadəcə yanlış adama doğru getdin.

İndi içindən bir səs deyir:
“Qaçma, yanımda addımla.”
Bu, yalvarış deyil. Bu, bir şəraitdir.
Bir təklif:
“Əgər mənimlə yol getmək istəyirsənsə, mən burdayam.
Amma əgər sadəcə izlənmək istəyirsənsə – üzr istəyirəm, mən bu yarışda yoxam artıq.”

Sevgi yarış deyil.
Sevgi “biri qaçır, biri qovur” oyunu deyil.
Sevgi – yanaşı addımlamaqdır.

Əgər bu yazını oxuyursansa və özünü burada görürsənsə…
Bilirəm, sən çox sevənsən.
Amma unutma: özünü itirəcək qədər sevmə.

Sənin də haqqındır… soruşulmaq, cavab almaq, gözlənilmək.

Qaçma. Yanımda addımla.
Yoxsa o səni qovan belə olmayacaq artıq.

Scroll to Top