Fiftysix Magazine

Menyu
Edit Template

Reperlər Met Qala 2025 xalısında göz oxşayır

Moda dünyasının əsas gecəsində dünya ulduzları parıldadı. Onların içində rep ulduzları, Doeçi, Meqan De Stalion, Kardi B, Doja Kət və Lizzo da var idi.

Doeçinin üzərindəki uzun ətəkli ağ pencək və geniş şortlar, markanın monoqram naxışları ilə bəzədilib. Bordo rəngli T-bar ayaqqabılar, boru corablar və boynuna bağladığı lentlə görünüş tamamlanır. O, üzündə “Louis Vuitton” loqosu və əlində yandırılmamış siqarla mərhum dəb ikonası Andre Leon Talleyə istinad edir.

Bu görünüş həm də 18-ci əsrin qara “dandy” musiqiçisi Culius Soubizə vizual bir istinadı idi. Təbii afro saç düzümü və vizual detallarla Doeçi, bu tarixi şəxsiyyətə sayğı duruşu göstərdi. Daha çoxu üçün məqaləyə keçid edin.

(from People.com site / Getty Images)

Meqan De Stalion Met Qala gecəsinə üç illik fasilədən sonra qayıdaraq, parlaq və cəsarətli görünüşü ilə diqqət mərkəzində oldu. Maykl Kors tərəfindən xüsusi olaraq hazırlanan gümüşü parıltılı libası və ağ xəz palto ilə gecənin mövzusuna—“Tailored for You”—uyğun bir tərz nümayiş etdirdi.

Libası ürək formalı kəsim, yüksək yarıq və zərif detallar ilə diqqət çəkirdi. Meganın saç düzümü isə bəzədilmiş hörüklərdən ibarət idi. O, həmçinin almaz sırğalar və uzun gümüşü dırnaqlar ilə görünüşünü tamamlamışdı. Qırmızı xalçada təkcə deyil, həm də dizayner Maykl Kors ilə birlikdə poz verərək, bu gecədəki üçüncü iştirakını qeyd etdi.

Dia Dipasupil/Getty (From People.com site)

Kardi Bi 2025-ci ilin Met Qala gecəsində cəsarətli və konseptual tərzi ilə bir daha diqqət mərkəzində oldu. “Burberry” brendinin kreativ direktoru Daniel Li tərəfindən xüsusi olaraq hazırlanan tünd yaşıl məxmər kostyumu ilə o, gecənin “Superfine: Tailoring Black Style” mövzusuna uyğun olaraq viktorian dövrünün dəbini və dendi estetikasını müasir formada təqdim etdi.

Kardi Binin libası yaşıl məxmər şalvar, zərif rüf detallı şəffaf ipək köynək və arxa hissəsində dairəvi kəsiklə tamamlanmışdı. Bu kəsik onun bədənindəki çiçək döymələrini nümayiş etdirirdi və qeyri-konformist yanaşmanı simvolizə edirdi.

Dia Dipasupil / Getty Images (From Harper’s Bazaar site)

Müğənni və reper Doja Kət, “Marc Jacobs” tərəfindən xüsusi olaraq hazırlanmış cəsarətli və heykəltəraşvari bir bodi ilə qırmızı xalçaya çıxdı. Bu, onun Met Qalada üçüncü iştirakıdır və əvvəlki illərdə də qeyri-adi görünüşləri ilə yadda qalmışdı.

Doja Kətin bu ilki geyimi 1980-ci illərin estetikası ilə heyvani motivləri birləşdirirdi. Geyimdə parlaq zolaqlı bodi, güclü çiyinlər və leopard naxışlı korset detalları ön planda idi. O, bu görünüşü şəffaf qara taytlar və platforma botlarla tamamladı. Saçları isə həcimli və təbii afro tərzində idi. Makiyajında incə qaşlar, parıltılı göz kölgəsi və tünd qırmızı dodaq boyası istifadə olunmuşdu.

David Fisher/Shutterstock (From People.com site)

Lizzo builki gecədə Kristian Siriano tərəfindən hazırlanmış xüsusi geyimlə qırmızı xalçada parladı. O, qara və ağ rəngli korsetli libas, dramatik mermaid ətək və çiyinlərindən asılmış qısa pencək ilə diqqət çəkdi. Görünüşünü sarı saçlar və siqaret tutacağı ilə tamamladı.

Bu, Lizzonun Met Qalada beşinci çıxışı idi. Onun libası yalnız cəsarətli tərzini deyil, son zamanlardakı bədən dəyişikliyini də vurğulayırdı.

İstinadlar: people.com / vogue.com

Scroll to Top