Xalq artisti Röya Ayxan 77-ci Kann Film Festivalına dəvət alıb.
Pop ulduzun mətbuat xidmətindən verilən məlumata görə, sənətçi mayın 22-də keçiriləcək nüfuzlu tədbirdə fəxri qonaq qismində iştirak edəcək.
Bu dəvət Röya Ayxanın beynəlxalq aləmdə tanınan sənətçi statusunu bir daha təsdiqləyir.
Qeyd edək ki, o, Kann Film Festivalına qatılan ilk azərbaycanlı müğənni kimi tarixə düşəcək.