Xalq artisti Röya Ayxan Fransada keçirilən 78-ci Kann Film Festivalında qırmızı xalıya çıxıb. Sevilən ulduz ağ və qaradan ibarət, klassik üslubda seçilmiş libası ilə tədbirə qatılıb.
Sənətçiyə festivalda stilist Anar Ağakişiyev yolaşlıq edib. Onlar birgə kameralara poz verib və media nümayəndələrinin diqqətini çəkiblər.
Röya Ayxan tədbirdəki görüntülərini şəxsi “Instagram” paylaşıb. Paylaşımının altına isə “78-ci Kann Film Festivalından salamlar, əzizlərim” sözlərini yazıb.
Video qısa müddət ərzində minlərlə baxış toplayıb və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.