Fiftysix Magazine

Menyu
Edit Template

Röya Ayxan yenidən Kann Film Festivalının qırmızı xalçasında

Azərbaycanın Xalq artisti Röya Ayxan yenidən Fransada keçirilən 77-ci Kann Beynəlxalq Film Festivalında qırmızı xalça mərasimində iştirak edib.

Tanınmış sənətçi bu dəfə də cəsarətli və zövqlü libas seçimi ilə diqqət çəkib. Röya Ayxan tədbir zamanı beynəlxalq media nümayəndələrinin obyektivləri qarşısında kameralara pozalar verib.

Qeyd edək ki, Röya Ayxanın iştirakı Kann Film Festivalı çərçivəsində keçirilən “I Success Top 100 Awards Gala” tədbiri ilə əlaqəlidir. Bu platforma biznes, incəsənət, mədəniyyət və innovasiya sahələrində fərqlənmiş şəxsləri bir araya gətirmək məqsədi daşıyır.

Scroll to Top