Kanadalı müğənni Selin Dion, İsveçrənin Bazel şəhərində keçiriləcək 69-cu “Avroviziya” mahnı müsabiqəsində çıxış etməyi planlaşdırır. Hazırda müğənni ilə müsabiqənin təşkilatçıları arasında danışıqlar aparılır.
Ancaq Selin Dionun səhhəti, bu çıxışın baş tutub-tutmayacağı barədə hələ də qeyri-müəyyənlik yaradır. Bəzi məlumatlara görə, artıq “Avroviziya” arenasında orkestrlə məşqlər keçirilib və Dionun yerinə müvəqqəti olaraq başqa bir ifaçı səhnəyə çıxıb.
Selin Dion, 1988-ci ildə İsveçrəni təmsil edərək “Ne partez pas sans moi” mahnısı ilə “Avroviziya”nın qalibi olmuşdu. Əgər bu il səhnəyə çıxarsa, məhz həmin mahnını yenidən ifa edəcəyi gözlənilir. Müğənninin bu geri dönüşü musiqi dünyasında böyük maraqla gözlənilir.
Mənbə : The Sun