Fiftysix Magazine

Menyu
Edit Template

Cəmilə Həşimova “Səs Azərbaycan”ın qalibidir!

Populyar musiqi yarışması “Səs Azərbaycan”ın final mərhələsi keçirilib. Finalda tamaşaçı səsverməsinin nəticələrinə əsasən, qalib Xalq artisti Röya Ayxanın komandasından olan Cəmilə Həşimova olub.

Cəmilə 45 faiz səs toplayaraq digər iştirakçıları geridə qoyub və yarışmanın builki qalibi adına layiq görülüb.

İzləyicilər Cəmiləni 2003-cü ildə keçirilən “Bakı payızı” müsabiqəsindən də xatırlaya bilər. O, həmçinin bir müddət “RAST” qrupunun heyətində çıxış edib.

Layihə boyunca iştirakçılar müxtəlif mərhələlərdən keçərək finala vəsiqə qazanmışdı. Qalib isə tamaşaçıların səsi ilə müəyyən olunub.

Scroll to Top