Türk musiqisinin tanınmış simalarından biri olan Sezen Aksu səkkiz illik fasilədən sonra yeni albomunu təqdim etməyə hazırlaşır. “Paşa Gönlümün Şarkıları” adını daşıyan albom artıq tamamlanmışdır və ümumilikdə 17 mahnıdan ibarətdir.
Yeni albomda Sezen Aksunun müəllifi olduğu və ilk dəfə təqdim ediləcək musiqi nümunələri yer alır. Musiqi ictimaiyyəti və sənətçinin çoxsaylı dinləyiciləri tərəfindən maraqla qarşılanan bu layihənin dəqiq yayımlanma tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Sezen Aksunun son albomu 2017-ci ildə işıq üzü görmüşdür.