Əziz nostalji sevərlər, uşaqlığımızın sehrli dünyası yenidən canlanır! 2003–2005-ci illərdə ekranlarda yayımlanan və bir çoxumuzun qəlbində xüsusi yer tutan “Sihirli Annem” serialı bu dəfə film formatında geri qayıdır.
Poll Films şirkətinin rəhbəri Polat Yağcı illərdir gözlənilən bu layihəni həyata keçirmək üçün hazırlıqlara başlayıb. Film, 2022-ci ildə vəfat edən, orijinal serialın ssenari müəllifi Gamze Özerin qələmə aldığı ssenari əsasında çəkiləcək.
Ən maraqlısı isə, orijinal aktyor heyətinin yenidən bir araya gəlməsidir! Betüş obrazını canlandıran İnci Türkay, 10 illik fasilədən sonra Londondan dönərək yenidən ekranlara qayıdır. Onunla birlikdə Şahap Sayılgan, Nevra Serezli, Gül Onat, Ayşən İnci, Süeda Çil, Jess Molho, Tiraje Başaran, Damla Ersubaşı, Jennifer Boyner, Gizem Güven və Zeynep Özkaya kimi sevilən simalar da filmdə yer alacaq.

“Sihirli Annem” serialı, Betüş adlı bir pərinin, iki uşaq atası Sadıqla evlənməsi və bu evliliklə fanilər və pərilər dünyasının toqquşmasını əks etdirirdi. Bu maraqlı hekayə indi daha geniş formatda – film olaraq – qarşımıza çıxacaq.
Çəkilişlər artıq başlayıb və setdən ilk görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Tanış dekorasiyalar, illər sonra bir araya gəlmiş aktyor heyəti və kamera arxasındakı həyəcan – hər şey nostalji havasını doydurur. Film həm uşaqlığını xatırlamaq istəyənlərə, həm də yeni nəsil izləyicilərə sehrli bir aləm vəd edir.