“Netflix”in 2016-cı ildə yayımlanan və məşhurlaşan “Stranger Things” serialı final mövsümü ilə başa çatacaq. ötən günlərdə platformanın “Tudum 2025” tədbirində təqdimat tarixləri məlum olub. Belə ki, sonuncu mövsüm 3 hissədən ibarət olacaq. İlk hissə noyabrın 26-da yayımlanacaq və 1-4-cü bölümləri əhatə edəcək. İkinci hissə dekabrın 25-də yayımlanacaq və 5-7-ci bölümləri əhatə edir. Nəhayət sonuncu hissə isə 2025-ci il dekabrın 31-də 8-ci bölüm olaraq yayımlanacaq. Bununla da məşhur serial sona çatacaq.
Serialın təfərrüatları isə, hadisələr 1987-ci ildə cərəyan edir və qəhrəmanlarla Vecna adlı qorxunc varlıq arasında sonuncu döyüş baş verəcək. El (Eleven) və “Upside Down” arasındakı sirli əlaqə üzə çıxacaq.
