Dünyaca məşhur müğənni Teylor Svift 12-ci studiya albomunun çıxış tarixini rəsmi olaraq açıqlayıb. “The Life of a Showgirl” adını daşıyan albom 3 oktyabr 2025-ci ildə musiqisevərlərin ixtiyarına veriləcək.
Yeni layihə üçün məşhur fotoqraflar Mert Alaş və Markus Piqotun obyektivi qarşısına keçən Svift, cazibədar və təsirli fotoları ilə böyük maraq toplayıb. Albomun təqdimat görüntüsü isə Travis Kels və Ceyson Kels tərəfindən aparılan “New Heights” podkastının 13 avqust tarixli buraxılışında ilk dəfə nümayiş etdirilib.
Qlobal musiqi arenasının ən güclü adlarından biri olan Teylor Sviftin bu albomla pərəstişkarlarını hansı sürprizlər gözlədiyi böyük maraqla qarşılanır.



